Mixeil Saakaşvili – Yüz minlərlə tərəfdarım var və ukraynalıları da əlavə etsək, bir neçə milyon
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır ki, onun yüz minlərlə və ukraynalılar da daxil olmaqla bir neçə milyon tərəfdarı var.
Saakaşvilinin yazdığı kimi, tərəfdarlarının bir qismi ona qarşı edilən ədalətsiz hücumlara həssas reaksiya verir.
“Yüz minlərlə tərəfdarım var və ukraynalıları da əlavə etsək, bir neçə milyon. Onların böyük bir hissəsi ədalətsiz hücumlara həssas reaksiya verir. Belə ki, hər bir fikrin mövcud olmaq hüququ var və nə bilim, hər ehtimala qarşı bu statusu da paylaşacam. Sözügedən həmin efiri isə mən özüm nə görmüşəm, nə də mənim üçün maraqlıdır” – Saakaşvili yazır.