Mixeil Saakaşvili - Ümumi səfərbərliyə və hücuma keçməyə ehtiyacımız var, mütləq qalib gələcəyik
Mixeil Saakaşvili - Ümumi səfərbərliyə və hücuma keçməyə ehtiyacımız var, mütləq qalib gələcəyik

 

Diktator İvanişvili müxalifətin həqiqi liderləri Levan Xabeişvili və Murtaz Zodelavanı müxənnətcəsinə saxlayıb, bu, kriminal rejimin hədsiz panikasının və acizliyinin ifadəsidir – bu haqda sabiq prezident Mixeil Saakaşvili sosial şəbəkədə yazır.

O bildirib ki, ümumi səfərbərlik və hücuma keçmək lazımdır.

“Diktator İvanişvili müxalifətin həqiqi liderləri Levan Xabeişvili və Murtaz Zodelavanı müxənnətcəsinə saxlayıb. Bu, cinayətkar rejimin hədsiz panikasının və acizliyinin ifadəsidir. Onların yaxalandıqları biabırçı və acınacaqlı motivlər haqda heç nə demirəm belə. Ümumi səfərbərliyə və hücuma keçməyə ehtiyacımız var. Mütləq qalib gələcəyik, Yaşasın Gürcüstan!” – Mixeil Saakaşvili yazır.