Mixeil Saakaşvili - Saakaşvilidən, “Milli Hərəkat”dan nə qədər incisən də və ya bəyənməsən də, ölkə ölümcül təhlükə ilə üz-üzə qalanda „Mənim nə əlaqəm var“ mövqeyini tutmaq anlaşılmazdır
Birbaşa efirdə davam edən ölkəyə xəyanətin xronikası. Öz ölkəni müharibənin başlanmasında və tamamilə əsassız olaraq ittiham etmək, edə biləcəyin ən böyük alçaqlıq və xəyanətdir – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası” ilə bağlı sosial şəbəkədə yazır
Saakaşvilinin qeyd etdiyi kimi, „2008-ci ildə tərəfdaşlar ona mühacirətə getmək barədə xəbərdarlıq edirdilər, amma heç kim heç yerə getmədi və bununla da Gürcüstanın dövlətçiliyini xilas etdilər”.
„İvanişvili bir vaxtlar Haaqada hərbçilərimizə qarşı iş açılmasını süni şəkildə təhrik etməyə çalışdı, Gürcüstan qazandı və İvanişvili uduzdu, buna görə indi Rusiyanın tapşırığı ilə bu aciz komissiya ilə revanş almağa çalışır.
2008-ci ildə tərəfdaşlar mənə mühacirətə getmək barədə xəbərdarlıq edirdilər, əks halda Putin məni öldürəcəkdi, lakin ayağımı tərpətmədim, heç kim heç yerə getmədi və bununla da Gürcüstanın dövlətçiliyini xilas etdik və bununla qürurlanıram.
Saakaşvilidən, “Milli Hərəkat”dan nə qədər incisən də və ya bəyənsən də, bəyənməsən də, ölkə ölümcül təhlükə ilə üz-üzə qalanda „Mənim nə əlaqəm var“ mövqeyini tutmaq anlaşılmazdır. Gürcüstanın maraqlarından söz gedirsə, bu hamıya aiddir” – Mixeil Saakaşvili yazır.