Mixeil Saakaşvili - Reyxstaqı yandıran Van der Liubenin ruhu kimisə ola bilsin rahat buraxmır, gec-tez hər şey aydınlaşacaq və bu arada mübarizəni davam etdiririk, genişləndiririk, gücləndiririk
Kadrları gördüm və nə edim, hər kəsin öz rolu olduğu əvvəlcədən səhnələşdirilmiş tamaşaya çox bənzəyir, əminəm ki, insanlar bunu yemirlər, necə ki, artıq 4 oktyabr hasar çevrilişini yemirlər – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Onun sözlərinə əsasən, gec-tez hər şey aydınlaşacaq.
“Reyxstaqı yandıran Van der Liubenin ruhu kimisə ola bilsin həqiqətən rahat buraxmır. O vaxtlar nasistlər tamaşa səhnələşdirdilər, holland kommunisti Van der Liubeni mühafizədən tamamilə məhrum olan Reyxstaqa aldatmaqla daxil edərək, ona maneəsiz şəkildə od vurmağa imkan verdilər. Sonra isə Qiorqi Dimitrov da daxil olmaqla, çox sayda müxalifəti terrorizm ittihamı ilə həbs etdilər və repressiya dalğası başlatdılar. Burada da eyni tamaşanın qoxusunu hiss edirəm. Əminəm ki, başqa yerlərdə oxşar vəziyyətlərdə olduğu kimi, rejimlərin etiraz hərəkatına pul müqabilində hər şey etməyə hazır olan göndərilmiş təxribatçıları var. Bu konkret halda, təkzibolunmaz dəlillər olmadan heç kəsi birbaşa ittiham edə bilmərəm. Həmçinin, kiminsə qəsdən həmin şəxsin “qulağında oturub” onu konkret hərəkətlər etməyə sövq etməsi də mümkündür, bu da təhlükəsizlik xidmətləri arasında çox yayılmış bir taktikadır. Kadrları gördüm və nə edim, hər kəsin öz rolu olduğu əvvəlcədən səhnələşdirilmiş tamaşaya çox bənzəyir. Əminəm ki, insanlar bunu yemirlər, necə ki, artıq 4 oktyabr hasar çevrilişini yemirlər. Gec-tez hər şey aydınlaşacaq və bu arada mübarizəni davam etdiririk, genişləndiririk, gücləndiririk” – Saakaşvili yazır.