Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibi başlanılıb
Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibi başlanılıb – bu haqda Gürcüstanın Prokurorluğunda keçirilən brifinqdə baş prokuror Qiorqi Qvarakidze bildirib.
Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaqla dövlətə qarşı törədilmiş cinayətlər — sabotaj, xarici dövlətə düşmənçilik fəaliyyətində yardım, Gürcüstanın konstitusiya quruluşu və milli təhlükəsizlik əsaslarına qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsi və Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişməyə və ya dövlət hakimiyyətini devirməyə çağırış faktları üzrə Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibi başlanılıb.