Mixeil Saakaşvili – Prezidentliyim dövründə din xadimlərinin izlənilməsi və səslərinin yazılması qəti qadağan idi, çoxları deyir ki, ruhanilərə faktiki olaraq toxunulmazlıq verməklə rus agenturasının əl-qolunu açmışam

19:03, 17.11.2026

 

Möhtərəm İobi son illər minbərdən mənim azadlığa buraxılmağımı tələb edir və buna görə ona çox minnətdaram. Həmçinin o, bir neçə dəfə mənə baş çəkməyə cəhd etdi və içəri buraxmadılar – bu barədə sabiq prezident Mixeil Saakaşvili sosial şəbəkədə yazır.

Onun sözlərinə əsasən, Möhtərəm İobinin cəsarətli və ədalətli mövqeyinin Möhtərəm Nikoloz, Möhtərəm İlarion, eləcə də digər din və ictimai xadimlər tərəfindən müdafiə olunması ilə tamamilə razıdır.

“İvanişvili və onun dəstəsinin mübariz tanrısızlar olduğunu niyə məhz indi kəşf etməsi möhtərəmin izah etməli olduğu yeganə şeydir. İvanişvili ikinci İliaya qarşı hədsiz nifrətini gizlətmədiyi kimi bunu heç vaxt gizlətmirdi.

Həmçinin vurğulamaq istəyirəm ki, mənim prezidentliyim dövründə din xadimlərinin izlənilməsi, səslərinin yazılması və kilsənin işlərinə müdaxilə edilməsi qəti qadağan idi (çoxları bunu mənə qüsur kimi tutur və deyir ki, ruhanilərə faktiki olaraq toxunulmazlıq verməklə rus agenturasının əl-qolunu açmışam). Hərçənd bu gün də hesab edirəm ki, mənəviyyat çox həssas sahədir və ora əl uzatmaq dövlətin işi deyil. 2012-ci ildə “Mişanı qına” kampaniyasının müəllifi “Gürcü Arzusu”nun 2014-cü ildə Tsğnetinin mərkəzində milyonlarla dəyəri olan torpaq sahəsi bağışladığı keşiş Nikoloz Çxikvadze idi ” – Saakaşvili yazır.

Oxşar