Mixeil Saakaşvili Poroşenkoya müraciət edir - Əgər məndən qorxmursunuzsa, pasportumu qaytarın
Mixeil Saakaşvili Poroşenkoya müraciət edir - Əgər məndən qorxmursunuzsa, pasportumu qaytarın

Gürcüstanın sabiq prezidenti və Odessa əyalətinin sabiq qubernatoru Mixeil Saakaşvili Petro Poroşenkoya müraciət edir ki, Ukrayna prezident seçkilərinə qədər pasportunu geri qaytarsın.

Onun dediyinə görə, Ukrayna məhkəmələrində onun işinin müzakirəsini qəsdlə uzadırlar ki, Strasburq Məhkəməsinə şikayət edə bilməsin.

“Poroşenkonun administrasiyasının təsirinə görə, mənim işimin müzakirəsi bu vaxta qədər məhkəmədə davam edir. Məhkəmələr qərar vermək istəmirlər, çünki əgər Strasburq Məhkəməsinə müraciət etsəm, Ukrayna pasportum mənə geri qaytarılacaq.

“Əgər məndən həqiqətən qorxmursunuzsa, onda qanuni hərəkət edin və pasportumu və Ukrayna vətəndaşlığımı geri qaytarın. 24 saat vermirəm, çünki ikinci tura qədər xeyli vaxtınız var” – dedi Saakaşvili.