Mixeil Saakaşvili - Ölkədə cinayətin tüğyanına necə son qoyacağımı bilirəm və ümid edirəm ki, tezliklə mənə Gürcüstana kömək etmək imkanı veriləcək
Mixeil Saakaşvili - Ölkədə cinayətin tüğyanına necə son qoyacağımı bilirəm və ümid edirəm ki, tezliklə mənə Gürcüstana kömək etmək imkanı veriləcək

 

Ölkədə cinayətin tüğyanına necə son qoyacağımı bilirəm və ümid edirəm ki, tezliklə mənə Gürcüstana kömək etmək imkanı veriləcək – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.

O, özünün müsbət və mənfi təcrübəsi ilə ölkəyə kömək edə biləcəyini deyib.

“Batumidə, Alisanın bir neçə günə dincəlmək üçün gedəcəyi evin düz qarşısında sırağagün bir kişini güllələdilər. Ümumiyyətlə, sonuncu dəfə belə kriminal vəziyyəti 90-cı illərin əvvəllərində xatırlayıram. Ölkəni başında öz Don Korleonesi ilə, biznes çəkişmələrini həbslərlə və sonra həbsxanada haqq-hesab çürütməklə həll edən İvanişvili ilə klassik mafiya idarə edəndə, sifarişli qətllərlə və küçə qanunsuzluqları ilə cinayətkarlığın yayılması qaçılmazdır. Bu vəziyyətdə, Şevardnadzenin dövründə olduğu kimi, polisin özü cinayətkara çevrilib. Müsbət və mənfi təcrübəmi nəzərə alaraq, Gürcüstana kömək edə bilərəm. Ölkədə cinayətin tüğyanına necə son qoyacağımı bilirəm və ümid edirəm ki, tezliklə mənə bu problemlərin aşılması da daxil olmaqla, Gürcüstana kömək etmək imkanı veriləcək” – Mixeil Saakaşvili yazıb.