Mixeil Saakaşvili - Oliqarxın rejimi məni 11 il həbsə məhkum etmək niyyətindədir, mənim əsirliyimi hələ də siyasi həbs hesab etməyənlər, bəlkə heç olmasa indi ədalətsizliyə göz yummayasınız
Oliqarxın rejimi məni 11 il həbsə məhkum etmək niyyətindədir, mənim əsirliyimi hələ də siyasi həbs hesab etməyənlər, bəlkə heç olmasa indi ədalətsizliyə göz yummayasınız – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Saakaşvili bildirib ki, hətta bu ədalətsiz “hökm”lə siyasi rəqibini zərərsizləşdirə bildiyini zənn edən hər kəs unutmamalıdır ki, sabah onların da yaxasından tuta bilərlər.
“Oliqarxın rejimi Donald Trampın və digər məşhur liderlərin Gürcüstana səfərləri zamanı çəkilmiş xərclərə, prezidentlər Kaçinski və Vatslav Havelin yas mərasiminə aparılmış əklillərə, eləcə də rəsmi tədbirlərə, kostyumların alınmasına görə məni 11 il həbsə məhkum etmək niyyətindədir.
Beləliklə, mənim əsirliyimi hələ də siyasi həbs hesab etməyənlər, bəlkə heç olmasa indi ədalətsizliyə göz yummayasınız və hətta bu ədalətsiz “hökm”lə siyasi rəqibini zərərsizləşdirə bildiyini zənn edən hər kəs unutmamalıdır ki, sabah sizin də yaxanızdan tuta bilərlər” – Mixeil Saakaşvili yazır.