Mixeil Saakaşvili - “Növbəti sənəd qəbul edildi və bundan sonra nə olacaq?” deyə soruşanlara cavab verərəm ki, hər biriniz hərəkətə keçməsəniz, heç nə olmayacaq, hərəkətə keçin və bu sizə kömək edəcək
Mixeil Saakaşvili - “Növbəti sənəd qəbul edildi və bundan sonra nə olacaq?” deyə soruşanlara cavab verərəm ki, hər biriniz hərəkətə keçməsəniz, heç nə olmayacaq, hərəkətə keçin və bu sizə kömək edəcək

 

ATƏT-in “Moskva Mexanizmi”nin xüsusi rəyi nəhayət ki, İvanişvilinin və onun çirkin kuklalarının Qərb qarşısında gözəl sima yaratmaq cəhdinə son qoyur – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.

O, “Moskva Mexanizmi”ndən istifadə edildikdən sonra rus və Belarus rejimlərinə diaqnoz qoyulduğunu deyib.

“ATƏT-in “Moskva Mexanizmi”nin xüsusi rəyi nəhayət ki, İvanişvilinin və onun çirkin kuklalarının Qərb qarşısında gözəl sima yaratmaq cəhdinə son qoyur.

Məhz bu mexanizmdən istifadə edildikdən sonra rus və Belarus rejimlərinə diaqnoz qoyuldu. Prinsipcə, ATƏT-in bu ən radikal mexanizmi heç vaxt başqasına qarşı istifadə edilməyib.

Qısacası, demokratik dünya kənardan, müxalifət isə daxildən möhkəmlənir. Diktatorun üzərində qara buludlar toplanır, ümid edirəm ki, tezliklə ildırım çaxacaq.

“Növbəti sənəd qəbul edildi və bundan sonra nə olacaq?” deyə soruşan insanlara cavab verərəm ki, hər biriniz hərəkətə keçməsəniz, heç nə olmayacaq. Hərəkətə keçin və bu sizə kömək edəcək” – Saakaşvili yazır.