Mixeil Saakaşvili - Mzia Amağlobelini rəsmi olaraq 2026-cı ilin Nobel sülh mükafatına namizəd kimi irəli sürmək istəyirəm
Mixeil Saakaşvili - Mzia Amağlobelini rəsmi olaraq 2026-cı ilin Nobel sülh mükafatına namizəd kimi irəli sürmək istəyirəm

 

Mzia Amağlobelini rəsmi olaraq 2026-cı ilin Nobel sülh mükafatına namizəd kimi irəli sürmək istəyirəm. Zamanında Hillari Klinton və Con Makkeyn məni Nobel mükafatına namizəd göstərmişdilər. İndi mənim vaxtımdır, bu layiqli gürcünü təqdim edim – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin “Facebook səhifəsində dərc olunmuş paylaşımda qeyd olunub.

Saakaşvili yazır ki, başqalarını da Mzia Amağlobelinin 2026-cı ilin Nobel mükafatına sülh üzrə namizədliyini dəstəkləməyə çağırır.

“Məsələ bundadır ki, Mzia Amağlobelinin əlində filippinli jurnalist Maria Resanın “Diktatoru necə məğlub edək” kitabını gördüm. Resa 2021-ci ildə Nobel mükafatı qazandı, lakin düzünü desəm, Maria Resa əsl diktatura şəraitində yaşamayıb.

Filippindəki sonuncu əsl diktator Ferdinand Markos idi, Resa o vaxt çox balaca idi. Markos çox korrupsioner, çox qəddar idi və rəqiblərini kütləvi şəkildə həbsxanaya salırdı.

O, Filippinin müxalifət lideri Beninio Akinonu təhdidlərə baxmayaraq Filippinə qayıtdıqdan sonra öldürdü. Xalq üsyan etdi və Markosun o vaxtkı ABŞ administrasiyasından böyük dəstək görməsinə baxmayaraq, o, devrildi.

Maria Resaya gəlincə, o, Filippinin müstəqil media resursunun qurucusu idi və Filippinin sonrakı prezidentlərinin korrupsiyasını və zorakılığını ifşa edirdi, lakin bu prezidentlərin hamısı seçkilərlə hakimiyyətə gəldi və getdi, Resanı isə həbs olunduqdan dərhal sonra ölkənin müstəqil məhkəməsi sərbəst buraxdı.

Buna görə də, müqayisə etsək, Mzia azad gürcü mediası uğrunda mübarizənin simvolu və rejimin qurbanı kimi mükafata daha çox layiqdir.

Başqalarını da mənə qoşulmağa və Mzia Amağlobelinin 2026-cı ilin Nobel mükafatına sülh üzrə namizədliyini birlikdə dəstəkləməyə çağırıram” – Mixeil Saakaşvili yazır.