Mixeil Saakaşvili "Milli Hərəkatı" Nika Meliyanın azad olunmasından sonra Şarl Mişelin sənədini imzalamağa və Parlamentə daxil olmağa çağırır
Mixeil Saakaşvili "Milli Hərəkatı" Nika Meliyanın azad olunmasından sonra Şarl Mişelin sənədini imzalamağa və Parlamentə daxil olmağa çağırır

Gürcüstanın keçmiş prezidenti, Mixeil Saakaşvili “Milli Hərəkatı” Nika Meliyanın azad olunmasından sonra Şarl Mişelin sənədini imzalamağa və Parlamentə daxil olmağa çağırır. Bu barədə Saakaşvili sosial şəbəkədə video-müraciəti zamanı bəyan etdi.

“Nika Meliya həbsxananı istənilən alçaldıcı şərtlərsiz, anlaşılmayan girovsuz təkr etməlidir. Elə tərk etməlidir, necə istəyirsə. Çünki o, həbsxanaya qanunsuz və günahsız yerləşdirilib. Lakin bu şərtlə həbsxananaı tərk etdikdən sonra, “Milli Hərəkatı” bu razılaşmanı imzalamağa çağırıram. Çünki burada əsas ikinci maddədir, payızda yerli seçkilərlə birlikdə “Gürcü Arzusunun”, İvanişvilinin hakimiyyətdən uzaqlaşdırlması barəsində praktiki olaraq referendum təyin olunur.

Buna görə, payızda referendem olacaq.Biz onu yerli seçkilərə paralel olaraq udmalıyıq. Bunun üçün biz bütün alətlərdən istifadə etməliyik. Biz parlamentə daxil olmalıyıq. Demokratiya çərçivəsində bütün növ mübarizə formasından istifadə etməliyik. Lakin kəskin, fəaliyyət qabiliyyətli, səfərbər olmalıyıq. Mən də, bu referendemdan əvvəl Gürcüstana gələcəm, fiziki olaraq sizinlə birlikdə olacam”, – Saakaşvili bəyan etdi.