Mixeil Saakaşvili - "Milli Hərəkat"a üzvlüyün nə qədər çətin olduğunu bilirəm, bu, daimi təqib, böhtan və repressiya deməkdir
Dünənki paylaşımıma çox sayda reaksiya verildiyini gördüm və bir daha xalqımızın gücünə və sədaqətinə əmin oldum – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yazır.
Saakaşvilinin yazdığı kimi, o, onların “dözüm və sınmazlığı üçün” minnətdardır.
“Milli Hərəkat”a üzvlüyün nə qədər çətin olduğunu bilirəm, bu, daimi təqib, böhtan və repressiya deməkdir. Dözümlülüyünüz və sınmazlığınız üçün hər birinizə minnətdaram, sizi sevirəm! İnanıram ki, belə birliklə biz rejimi dağıdacağıq!” – Mixeil Saakaşvili yazır.
Məlumat üçün bildirək ki, aprelin 23-də Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb: “Dırnaqarası hakimiyyət “Milli Hərəkat”ın sədri Tina Bokuçavanı vəzifəsindən uzaqlaşdırmağı çox istəyir, partiyanın bütün üzvlərini “Gürcü Arzusu”nun maxinasiyalarına uymamağa çağırıram”.