Mixeil Saakaşvili – “Milli Hərəkat” mənim, Levanın, digər təcrübəli döyüşçülərin liderliyi və Nanukanın yorulmaz enerjisinin köməyi ilə aparıcı siyasi qüvvə statusunu yenidən möhkəmləndirəcək
“Milli Hərəkat” mənim, Levanın, digər təcrübəli döyüşçülərin liderliyi və Nanukanın yorulmaz enerjisi və ideyalarının köməyi ilə qısa zamanda ölkənin aparıcı siyasi qüvvəsi statusunu yenidən möhkəmləndirəcək və Gürcüstanı qələbəyə aparacaq – bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
O, bildirib ki, İslahatlar Şurası müstəsna olaraq qeyri-partiyalı şəxslərdən formalaşdırılmalıdır.
“Sabah müvəqqəti idarəedici orqanları seçəcək və həmçinin İslahatlar Şurasının formalaşacağı “Milli Hərəkat”ın qurultayıdır. İslahatlar Şurası müstəsna olaraq qeyri-partiyalı şəxslərdən formalaşdırılmalıdır, bu şuranın başında mən dayanıram və Nanuka mənim tam dəstəyimə malik icraçı katibdir. Qeyri-partiyalı tərkib bizə hərəkatda həyata keçiriləcək dəyişiklikləri kənardan görmək və subyektiv məqamlar olmadan dəqiq tövsiyələr vermək üçün lazımdır. Müvəqqəti idarəçiliyə gəlincə, o, İslahatlar Şurasının yekun tövsiyələrinədək 6 ay müddətində fəaliyyət göstərəcək və mübahisələrə, bir-birimizə qarşı şəxsi münasibətlərə baxmayaraq, burada indiki rəhbərlik tam tərkiblə təmsil olunmalıdır. Xalq bizdən şəxsi emosiyalar deyil, iş görməyimizi gözləyir. Buna görə də televiziya və sosial şəbəkələrdə münasibətlərə aydınlıq gətirilməsi mənim üçün anlaşılan və qəbulolunan deyil. Hər birimiz şəxsi maraqlarından yuxarı hər zaman ümumi mübarizə maraqlarını qoyan Levan Xabeişvilidən nümunə götürək. Həqiqi vətənpərvər və siyasətçi bax belə olmalıdır. “Milli Hərəkat” mənim, Levanın, digər təcrübəli döyüşçülərin liderliyi və Nanukanın yorulmaz enerjisi və ideyalarının köməyi ilə (çox məsələdə o, mənim gəncliyimi xatırladır) qısa zamanda ölkənin aparıcı siyasi qüvvəsi statusunu yenidən möhkəmləndirəcək və Gürcüstanı qələbəyə aparacaq” – Saakaşvili yazır.