Mixeil Saakaşvili: “Məni tamamilə təcrid etsəniz və xalqın məni görməsinə imkan verməsəniz belə, bunun heç bir əhəmiyyəti yoxdur. Artıq mənim süni intellekt avatarım hazırlanır. O, Mişa kimi danışır, Mişa kimi hərəkət edir, mənim düşüncələrim onun vasitəsilə çatdırılacaq.”
Mixeil Saakaşvili: “Məni tamamilə təcrid etsəniz və xalqın məni görməsinə imkan verməsəniz belə, bunun əhəmiyyəti yoxdur. Artıq mənim süni intellekt avatarım hazırlanır. O, məndən daha yaxşı görünəcək, amma yenə də mən olacaq. Ən yaxşı dövrümdəki Mişa kimi danışacaq, Mişa kimi hərəkət edəcək və mənim bütün düşüncələrim onun üzərindən çatdırılacaq”, – bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bugünkü məhkəmə iclasında bildirib.
Onun sözlərinə görə, ölkədə yeni hakimiyyət ədaləti bərpa edəcək.
“Beləliklə, məni istədiyiniz qədər həbsdə saxlayın, mən bu həbsxanadan çıxacağam. Məni nə qədər uzun müddət saxlasanız, bunun ehtimalı bir o qədər artır. Mən bu həbsxanadan Nelson Mandelanın çıxdığı kimi çıxacağam və birbaşa hakimiyyətə gələcəyəm. Braziliyanın hazırkı prezidenti həbsdən çıxaraq yenidən prezident olduğu kimi, Malayziyanın hazırkı baş naziri də birbaşa həbsxanadan baş nazir olduğu kimi. Siz buna şərait yaradacaq, ‘Qızılgül İnqilabı-2’nin rolunu və funksiyasını, yeni hakimiyyətin yaranmasını təmin edəcəksiniz.
Amma mənim məqsədim özümün hakimiyyətə gəlməyim deyil. Mənim məqsədim mənimlə birlikdə tamamilə yeni nəsli, fərqli düşünən insanları gətirməkdir. Biz hakimiyyətə özümüz üçün deyil, Gürcüstanın müstəqil kursunu, sürətli inkişafını bərpa etmək və hər bir gürcüyə özünəinam hissi aşılamaq üçün gələcəyik.
Biz ədalət gətirəcəyik. Bu o deməkdir ki, bizim yeni hakimiyyətimiz məhkəmə və həbsxana qapıları qarşısında davamlı reportajlarla yadda qalmayacaq. Eyni zamanda, növbəti obyektin sökülməsi barədə xəbərlər də olmayacaq, yalnız quruculuq olacaq. Hətta İvanişvili və Kaladzenin bu şəhərdə tikdiyi eybəcərlikləri belə dağıtmayacağıq. Biz eyni dəhşətli dövrəni təkrar etməyəcəyik”, – deyə Mixeil Saakaşvili bildirib.