Mixeil Saakaşvili - Mən və İvanişvili radikal şəkildə fərqlənirik, onun xalqa yönəlik sıfır empatiyası var, mən isə xalqı sevirəm
2011-2012-ci illərdə İvanişvilinin təmsil etdiyi təhlükəni başa düşəndə niyə daha sərt davranmadığım üçün indi məni daim günahlandırırlar. Əslində, seçki kampaniyası zamanı İvanişvilinin seçiləcəyi təqdirdə onları nəyin gözlədiyini xalqa izah etmək üçün hər şeyi etdim – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Saakaşvili bildirib ki, o və İvanişvili bir-birindən radikal şəkildə fərqlənirlər.
“Daha çox şey etmək, sevgilinin başqasına maraq göstərməsi və buna görə sənin onu döyüb, şikəst edib evə kilidləmən kimi olardı. Əgər İvanişvilini başqa üsullarla dayandırsaydım, bu, onun kimi olub diktatura quracağım demək olardı. Mən isə bunu sadə bir səbəbdən edə bilməzdim – mən və İvanişvili radikal şəkildə fərqlənirik. Onun xalqa yönəlik sıfır empatiyası var, mən isə xalqı sevirəm. Buna görə də, mən həqiqətən bu təhlükəli cani kimi davrana bilməzdim. Ümid edirəm ki, məni başa düşürsünüz” – Saakaşvili bildirir.