Mixeil Saakaşvili - Mən sanksiyalara deyil, yalnız "Köpək balığı" işi üzrə ittihamın təqdim olunmasına etiraz edirəm, çünki Qərbdəki çoxsaylı dostlarımı sanksiyalar tətbiq etməyə çağırmışam və yenə çağırış edəcəyəm

“Köpəkbalığı selfisi” işi üzrə mənə ittiham irəli sürmək üçün yanıma gələn prokurorlar çox utanc içində idilər – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.

“Mən öz tərəfimdən sanksiyalara deyil, yalnız “Köpək balığı” işi üzrə ittihamın təqdim olunmasına etiraz edirəm, çünki Qərbdəki çoxsaylı dostlarımı sanksiyalar tətbiq etməyə çağırmışam və təkrarlayıram, yenə çağırış edəcəyəm” – Saakaşvili yazır.

Gürcüstanın Prokurorluğunda keçirilən brifinqdə baş prokuror Qiorqi Qvarakidze Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibinin başlandığını bildirib.

Prokurorluq Mamuka Xazaradze və Badri Caparidze barəsində qətimkan tədbiri kimi – girov, geridə qalan təqsirləndirilən şəxslər barəsində ilkin məhkəmə iclasının tarixinin müəyyən edilməsi tələbi ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək.