Mixeil Saakaşvili - Mən möhtəşəm Levan Xabeişvilinin 200 min dollar ödənilməsi təşəbbüsünü dəstəkləyirəm, pul rejimin dəyişməsindən sonra ödəniləcək
Mixeil Saakaşvili - Mən möhtəşəm Levan Xabeişvilinin 200 min dollar ödənilməsi təşəbbüsünü dəstəkləyirəm, pul rejimin dəyişməsindən sonra ödəniləcək

 

Mən möhtəşəm Levan Xabeişvilinin təşəbbüsünü dəstəkləyirəm, pul rejimin dəyişməsindən sonra ödəniləcək – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.

“İvanişvilinin bütün cəzalandırıcı orqanlarının nümayəndələrinə rejimin fəaliyyəti ilə bağlı materialları bizə versələr, 200 min dollar ödəyək. Məsələn, aksiya iştirakçılarına işgəncə verilməsinin materialları, eləcə də silahı yerə qoyaraq aksiya iştirakçılarına hücum etməkdən imtina edənlərə.

Əlbətdə, pulun ödənilməsi rejimin dəyişməsindən sonra, bir ay ərzində, İvanişvilinin mafiyası tərəfindən oğurlanmış pulların geri qaytarılması ilə paralel həyata keçiriləcək.

Zənnimcə, xalq yadda saxlamalıdır ki, mən verdiyim vədləri hər zaman yerinə yetirirəm” – Saakaşvili yazır.

“Milli Hərəkat”ın üzvü Levan Xabeişvili deyib: “Güc strukturlarına, xüsusən də Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşlarına müraciət edirəm, aksiyanın dağıdılmasında iştirak etməyənlər 200 min dollar alacaqsınız, sistemi ifşa edən digər əməkdaşlara da bu pulu verməliyik”.