Mixeil Saakaşvili - Küçə Qızılgüllər inqilabını, iki dəfə Maydanı, Ərəb baharını yaratdı, Mərakeşə inqilab gətirir, seçim haqqın əlindən alınanda, bu, zəruri yoldur
Küçə Qızılgüllər inqilabını, iki dəfə Maydanı, Ərəb baharını gətirdi və Mərakeşə inqilab gətirir. Seçim haqqın əlindən alınanda, bu, təkcə çıxış yolu deyil, zəruri yoldur – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
“Mən cəmiyyətin seçkilərdə iştirak etməli olduğumuzu, əks halda isə siyasətin öləcəyini düşünən kiçik bir hissəsinə cavab vermək istəyirəm.
Mövcud olmayan bir şeydə iştirak edə bilməzsən, siyasət bununla ölür yoxsa yox? Tam əksinə.
Mən sizə bir hekayə danışacağam. 2000-ci illərin əvvəllərində müxalifət Qudauridə konfrans keçirdi və biz Yerusəlim Universitetinin məşhur professoru Şlomo Avineri dəvət etmişdik.
Həmin vaxt Zura Jvania və Nino Burcanadze küçə etirazının məqsədəuyğunluğu barədə tərəddüd edirdilər, Şlomo onların sözünü kəsdi və dedi: Küçə aksiyalarından niyə qorxursunuz? Axı bu siyasətin qanuni və ən effektiv yoludur.
Küçə Qızılgüllər inqilabını, iki dəfə Maydanı, Ərəb baharını gətirdi və Mərakeşə inqilab gətirir. Seçim haqqın əlindən alınanda, bu, təkcə çıxış yolu deyil, zəruri yoldur.
“Gürcü Arzusu” “seçkilər”də seçicilərin yalnız 20%-ni təmin edə bildi, buna digər iştirakçı partiyaların kiçik faizi əlavə olundu, lakin 70%-i küçə etirazları, tətillər, milli itaətsizlik və sosial şəbəkələrdə aktivlik yolu ilə enerjisini başqa arenalara yönəltməlidir.
Biz rus işğalçı diktatura rejiminin qaydaları ilə hərəkət etməməliyik, oynamaq üçün Şulerlə (fırıldaqçı) masa arxasına əyləşməməliyik, yolumuzu tapmalıyıq. Bu, iki-üç gündə baş verməyə bilər, lakin kim doğru yol tutsa, uğur və qələbə onun olacaq!” – Mixeil Saakaşvili “Facebook”da yazır.