Mixeil Saakaşvili - İsterik informasiya təxribatlarına baxmayaraq, düzgün mövqedə dayanmaq üçün 26 Mayda sayımızın çox olması olduqca vacibdir
İsterik informasiya təxribatlarına baxmayaraq, düzgün mövqedə dayanmaq üçün 26 Mayda sayımızın çox olması olduqca vacibdir – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yazır.
Saakaşvilinin yazdığı kimi, Gürcüstanın müstəqilliyi təhlükə altındadır və hamı onun keşiyində durmalıdır.
Apellyasiyada mənim işimin ictimai şəkildə baxılmasından imtina bütün hüquqi normaların pozulması ilə mənim daha da təcrid olunmağıma xidmət edir. Kleptokratik diktatura ictimaiyyət qarşısında görünməyimdən qorxur. Əvvəllər səsi kəsirdilər, görüntünü təhrif edirdilər, bağlantını dəfələrlə dayandırırdılar. Son vaxtlarda məni ümumiyyətlə sona qədər informasiya məkanından məhrum etdilər. Bir neçə gün əvvəl “məhkəmə” mənim prosesə bağlanmağımdan imtina etdi və indi apellyasiya instansiyası mən görünməyim deyə ümumiyyətlə prosesin keçirilməsindən imtina etdi. Onlar bunu nə qədər çox etsələr, bir o qədər çox insan mənə dəstək verir. Bu barədə məlumat mənə onsuz da gəlib çatır və xoş arzulara görə xalqa sonsuz minnətdaram.
İsterik informasiya təxribatlarına baxmayaraq, düzgün mövqedə dayanmaq üçün 26 Mayda sayımızın çox olması olduqca vacibdir. 26-da biz Gürcüstanın müstəqilliyini qeyd edəcəyik – Gürcüstanın müstəqilliyi təhlükə altındadır və hamımız onun keşiyində durmalıyıq!” – Mixeil Saakaşvili yazır.