Mixeil Saakaşvili – irəlcədən mənə yas tutmaqdansa yaxşı olar fəallaşaq və 30-unda birlikdə qələbəni qeyd edək
Hamınıza xahişlə müraciət edirəm, indi seçkilərdir və bütün diqqət ona ayrılmalıdır, irəlcədən mənə yas tutmaqdansa yaxşı olar fəallaşaq və 30-unda birlikdə qələbəni qeyd edək, – bu barədə Gürcüstanın keçmiş prezidenti, Mixeil Saakaşvilinin məktubunda deyilir, hansını da Rustavinin 12 saylı cəzaçəkmə müəssisəsindən yayır.
Məktubu Saakaşvilinin vəkili, Nika Qvaramiya Rustavinin 12 saylı cəzaçəkmə müəssisəsi qarşısında oxudu.
“Dostlar, hamınıza xahişlə müraciət etmək istəyirəm, indi seçkilərdir və bütün diqqət ona ayrılmalıdır. İndi nihilizmin əkilməsi seçkilərin ikinci turu ilə bağlı, o cümlədən mənə qayğı göstərmək motivasiyası ilə, Gürcüstanın düşməninin birbaşa marağıdır. Ölkəni biz dəyişməliyik bir çox metodla. O cümlədən ən əsası seçkilərdə əllərindən qoparmaqdır. Mən tərəfdən, mən hər şeyi edəcəm ki, aclıqın davam etdirilməsi şəraitində də 30-una qədər yaşayım və irəlcədən mənə yas tutmaqdansa yaxşı olar fəallaşaq və 30-unda birlikdə qələbəni qeyd edək”, – məktubda qeyd olunur.