Mixeil Saakaşvili - İnsanları bölgələrdən gətiririksə, qələbə olmadan geri buraxmamalıyıq, hərəkətə keçmək, hücum, təzyiq, axıra qədər küncə sıxmaq
Mixeil Saakaşvili - İnsanları bölgələrdən gətiririksə, qələbə olmadan geri buraxmamalıyıq, hərəkətə keçmək, hücum, təzyiq, axıra qədər küncə sıxmaq

 
Məsələn, insanları bölgələrdən gətiririksə, qələbə olmadan geri buraxmamalıyıq, çox adam yığırıqsa, bu, hərəkətə keçmək üçündür – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmə iclasında deyib.

Saakaşvili bildirib ki, insanların dövr etməsinə son qoyulmalıdır.

“İnsanlar küçədə olduqca, ölkəmizi xilas etmək üçün ümid var, ancaq insanlar həmişəlik küçədə olmamalıdır. İnsanlara nəticə lazımdır, onların dövr etməsinə imkan verməməliyik. İnsanları bölgələrdən gətiririksə, qələbə olmadan geri buraxmamalıyıq. Əgər çox adam yığırıqsa, bu, hərəkətə keçmək üçündür. Hərəkətə keçmək, hücum, təzyiq, axıra qədər küncə sıxmaq. Sonda qələbə çox yaxındır. Biz bu qələbəni itirməməliyik. Gürcüstan daha yaxşı gələcəyə layiqdir və alacaq” – Saakaşvili bildirib.