Mixeil Saakaşvili – “İmedi” teleşirkətini Saakaşvili bağlamayıb, onu kollektiv və Georgi Tarqamadze bağlayıb
“Patarkatsişvili dövlət çevrilişinə cəhd etməkdə ifşa edildikdən sonra onun jurnalistləri də buna inandılar və teleşirkəti özləri bağladılar”, – bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bu gün keçirilən məhkəmə iclasında deyib.
Məhkəmədə 7 noyabr işi üzrə “İmedi” teleşirkətinin keçmiş baş direktoru İrakli Ruxadze şahid qismində dindirilib.
“‘İmedi’ teleşirkətini Saakaşvili bağlamayıb. ‘İmedi’ni kollektiv bağlayıb, onu Georgi Tarqamadze bağlayıb”, – Saakaşvili bildirib.
Onun sözlərinə görə, “İmedi” teleşirkətinin bağlanması ilə bağlı Saakaşviliyə qarşı iradların olması düzgün deyil.
“Saakaşviliyə qarşı nə iradınız var? Badri Patarkatsişvili jurnalistləri ona tabe olmadıqdan sonra teleşirkəti bağladı, məsələ bununla bitir”, – Saakaşvili qeyd edib.