Mixeil Saakaşvili - Heç kim azadlığı xonça ilə bizə verməyəcək, necə ki, böyük ukraynalı Taras Şevçenko bizə vəsiyyət edib, mübarizə aparın və qalib gələcəksiniz!
Yadda saxlayın, İran, Venesuela, Kuba və bir çox başqa şeylərlə məşğul olan Rubio bizim işimizi görmək üçün buraya gəlməyəcək, bizə onsuz da kifayət qədər vaxt veriblər – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Saakaşvilinin qeyd etdiyi kimi, əgər gürcü xalqı həqiqətən azadlıq istəyirsə, onu mübarizə ilə qazanacaq.
“Heç kim azadlığı xonça ilə bizə verməyəcək, necə ki, böyük ukraynalı Taras Şevçenko (Kiyevdə onun adını daşıyan universiteti bitirmişəm) bizə vəsiyyət edib: Борітеся – поборете! Mübarizə aparın və qalib gələcəksiniz!” – Mixeil Saakaşvili yazır.