Mixeil Saakaşvili Gürcüstanda ona qarşı verilən məhkəmə qərarı ilə bağlı şərh verdi
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanda ona qarşı verilən məhkəmə qərarını etiraz edir.
Saakaşvili öz bəyanatını Facebook vasitəsi ilə yayıb.
O məhkəmə qərarını qeyri-qanuni hesab edir və deyir ki, bu qərar beynəlxalq normalara ziddir.
“Gürcü məhkəməsinin qərarı “Qazpromun” ən iri aksioneri olan Bidzina İvanişvilinin qərarıdır və tamamən qeyri-qanunidir və hərhansı beynəlxalq normalara və sağ düşüncəyə ziddir.
Ölkənin sabiq prezidentinə həbs qəqarının sadəcə ona görə verilməsi ki, o əfv haqqından istifadə edib, – bu siyasiləşdirilmiş bir qərardır. Onlar mənə qarşı ciddi kompromat tapa bilmədilər və başqa bir şey düşünə bilmədilər” – yazır Saakaşvili.
Onun dediyinə görə, bu qərar onu təsdiqləyir ki, Ukraynanın korrupsiya rejimi və Gürcüstanın oliqarx rejimi koordinasiya şəklində hərəkət edirlər.
Xatırladaq ki, bugün Gürcüstanın sabiq prezidentinə, Sandro Girqvlianinin işi ilə bağlı 3 il cəbs cəzasının verilməsi haqqında qərar çıxardıldı.