Mixeil Saakaşvili – Gürcüstan çox yaxında azad olacaq. Ona görə də, ruhdan düşməyin və hərəkətə keçin

11:38, 10.09.2026

Gürcüstan çox yaxında azad olacaq və bununla yanaşı, haqsız yerə həbs edilmiş insanlar da azadlığa çıxacaqlar. Ona görə də, ruhdan düşməyin və hərəkətə keçin, – Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, müxalifət ümidsizliyi daha da dərinləşdirir.

“Allah xatirinə, mediaya və geniş auditoriyaya müraciət etmək istəyirəm: ‘Filankəs bu qədər il həbsdə qalacaq, filan siyasi məhbus yalnız 2035-ci ildə azadlığa çıxacaq’ kimi tamamilə cəfəng fikirləri yaymayın. Məgər başa düşmürsünüz ki, bununla bir ailənin əbədi despotizmi ilə barışırsınız? Məgər anlamırsınız ki, bununla insanların ruhdan düşməsini və ümidsizliyini daha da möhkəmləndirir, diktaturaya kömək edirsiniz?! Gürcüstan çox yaxında azad olacaq və bununla yanaşı, haqsız yerə həbs edilmiş insanlar da azadlığa çıxacaqlar. Ona görə də, ruhdan düşməyin və hərəkətə keçin”, – deyə Saakaşvili yazıb.

Oxşar