Mixeil Saakaşvili: “Gürcü Arzusu”na demək istəyirəm: “Sizi məhv edəcəyəm.”

17:49, 28.09.2026

“Mən ‘Gürcü Arzusu’na demək istəyirəm, bunu səssizcə deyirəm, dodaqlarımdan oxusunlar: ‘Sizi məhv edəcəyəm, sizin işiniz bitib’”, – Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bugünkü məhkəmə iclasında çıxışı zamanı bildirib.

Mixeil Saakaşvili məhkəmə prosesindəki çıxışının videosunu özünün “Facebook” səhifəsində yayımlayıb.

Saakaşvilinin sözlərinə görə, diktatura mütləq süqut edəcək və bu, qaçılmaz faktdır.

“Mən heç kimi hakimiyyəti devirməyə çağırmıram. Bu çağırışa görə çox sayda insan həbs olunub. Sadəcə, sizə ata kimi deyirəm: hakimiyyətin devrilməsinə çağırış edən nə qədər insanı həbs etsəniz də, bu, heç nəyi dəyişməyəcək. Bunu sizə qaçılmaz fakt kimi deyirəm. Çorvilvari küçə diktaturası mütləq süqut edəcək və bu, çox tezliklə baş verəcək”, – Mixeil Saakaşvili qeyd edib.

Oxşar