Mixeil Saakaşvili – Göbələk kimi peyda olan yeni partiyalar deyirlər ki, “əvvəl Mişanı uzaqlaşdıraq, sonra İvanişvilini”, indi intriqa zamanı deyil, əvvəl bunu uzaqlaşdıraq, sonra bəlkə özüm çəkildim və nə edirsiniz edin
Bizim iddiamız sülhdür, lakin üzr istəmək fonunda yox. Biz Abxaziyadan kimisə qovmaq niyyətində deyilik, biz oraya sülhlə daxil olmaq niyyətindəyik – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili 7 Noyabr işi üzrə məhkəmə prosesinin keçirildiyi Tbilisi Şəhər Məhkəməsində deyib.
Təqsirləndirilən Mixeil Saakaşvili prosesdə “Milli Hərəkat”ın üzvü Qia Baramidzenin həbs olunması məsələsinə də münasibət bildirib və Baramidzenin xəyanətə görə saxlanılmasının lətifə olduğunu bildirib.
“Qia Baramidzeni vətənə xəyanətə görə həbsxanaya göndərdilər, bundan böyük lətifə ola bilməz. İvanişvili başımıza tüpürür, bizə xor baxır, biz isə oturmuşuq. Zərif bülbül Paata Burculadze qəfəsdə əsirdir. Həbsxananın yanında səhər saat altıda qarğalar toplaşır və məhz saat altıda Paata Burculadze qarğaların qarıltısını dinləyir.
Bizə deyirlər ki, əsas sülhdür və kim bu haqda mübahisə edir ki? sülh gürcü xalqı üçün mütləqdir, lakin korrupsiya, kriminal və s. ilə barışsaq, deməli, sülh budur. Bu, gürcü xalqına qarşı inanılmaz təhqirdir. Heç vaxt, heç vaxt, heç vaxt! Gürcüstan bir nəfərin mülkü olmayıb. Ölkənin təhlükəsizlik üçün möhkəm silahlı qüvvəyə ehtiyacı var. Bizim iddiamız sülhdür, lakin üzr istəmək fonunda yox. Biz Abxaziyadan kimisə qovmaq niyyətində deyilik, biz oraya sülhlə daxil olmaq niyyətindəyik. Gürcü xalqı xainləri heç sevmir, ona görə də hamımız səfərbər olmalıyıq. 2012-ci ildən İvanişvili “Milli Hərəkat”ı məhv etməyə çalışır və bunu hərdən pulla bacarır.
Bu gün göbələk kimi yeni partiyalar peyda olur ki, “əvvəl Mişanı uzaqlaşdırmalıyıq, sonra İvanişvilini” deyirlər. Dostlar, indi bir-birimizlə qarşıdurma, intriqa zamanı deyil. Birlikdə olaq, əvvəl bunu uzaqlaşdıraq, sonra bəlkə özüm çəkildim və nə edirsiniz edin.
2012-ci ildə qala daxildən dağıldı və mən buna görə məsuliyyəti üzərimdən atmıram, fərqli hərəkət etməli idim, lakin kimlərsə satıldı və Bidzinanın gəlişinə kömək etdilər” – Saakaşvili bildirib.