Mixeil Saakaşvili – Ətrafınıza baxın, nə qədər “Gürcü Arzusu” tərəfdarı qalıb? Deyinməyə son qoyun, düşünün ki, mən Gürcüstanda azad gəzsəydim, bunları nə qədər vaxta bitirərdim

12:39, 01.10.2026

 

Əsir düşməzdən əvvəl Kiyevdə Avropanın ən böyük ictimai rəy araşdırma şirkəti olan “IPSOS”un regional direktoru ilə görüşdüm. O mənə dedi ki, Gürcüstanda ictimai rəy sorğusu keçirmək son dərəcə çətindir, çünki insanlar Rusiya tərəfindən işğal olunmuş Krım və Donetskdəki kimi qorxurlar, birbaşa sual vermək mənasızdır, həqiqi əhval-ruhiyyəni dolayısı suallarla müəyyənləşdirmək lazımdır – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.

Saakaşvilinin qeyd etdiyi kimi, insanlar sorğularda həqiqəti deməkdən qorxurlar.

“Kütləvi repressiyalara, insanların həbsxanalara doldurulmasına və küçələrdəki terrora qədər həqiqət belə idi. İndi insanların sorğularda həqiqəti deməkdən necə qorxduğunu təsəvvür edirsinizmi? Cavab verməkdən imtina edən 46%-dən nə qədəri elə “Milli Hərəkat”ın tərəfindədir? Və “Gürcü Arzusuna”na səs verirəm deyənlərdən neçəsi qeyri-kommersiya hüquqi şəxs və publik hüquqi şəxsin əməkdaşının ailə üzvüdür, ya da nə qədəri sadəcə doğrunu deməkdən qorxur?

Və sonda, ətrafınıza baxın, yanınızda nə qədər “Gürcü Arzusu” tərəfdarı qalıb? Ona görə də sızıldamağa və deyinməyə son qoyun, düşünün ki, mən Gürcüstanda azad gəzsəydim, bunları nə qədər vaxta bitirərdim” – Mixeil Saakaşvili yazır.

Oxşar