Mixeil Saakaşvili - Dünənki gün etiraza boykot elan edənlər üçün dərs oldu, daha yaxşı təşkilatlanma lazımdır, lakin diktaturanın nihilizm aşılamaq cəhdi boşa çıxdı
Mövcud coşqunu soyutmamalıyıq, əksinə, gücləndirməliyik və müqavimət hərəkatı bütün ölkəyə yayılmalıdır. Əgər cəsarətlə hərəkət etsək, mütləq qalib gələcəyik – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yazır.
Onun sözlərinə əsasən, Gürcüstan hələ ölməyib, güc toplayır və yenidən ayağa qalxacaq.
“Dünənki xalqın iştirak etdiyi izdihamlı aksiya Gürcüstanın müstəqilliyini və gürcülərin azadlığını müdafiə etmək üçün ümumi müqavimət hərəkatımıza yeni nəfəs verdi.
Əlbəttə, daha yaxşı təşkilatlanma, daha çox mübarizə lazımdır, lakin diktaturanın nihilizm aşılamaq və ümumi qorxu yaratmaq cəhdi dünən boşa çıxdı. Eyni zamanda dünənki gün etiraza boykot elan edən siyasətçilər üçün dərs oldu.
Gələn hər kəsə, həmçinin təşkilatçılara və təşəbbüskarlara dərin təşəkkürümü bildirirəm. Mənim və digər siyasi məhbusların şəkilləri ilə çıxanlara və siyasi məhbusların azadlığa buraxılmasını tələb edən natiqlərə dərin təşəkkürümü bildirirəm.
Biz göstərdik ki, bir yerdə olanda çoxuq. Çox olanda isə bizə gücləri çatmır. Gürcüstan hələ ölməyib, əksinə, güc toplayır və yenidən ayağa qalxacaq.
Ancaq mövcud coşqunu soyutmamalıyıq, əksinə, gücləndirməliyik və müqavimət hərəkatı bütün ölkəyə yayılmalıdır. Əgər cəsarətlə hərəkət etsək, mütləq qalib gələcəyik” — Saakaşvili yazır.