Mixeil Saakaşvili - Dünənki aksiyada məndən bəhs etdiyi üçün Tika Bokuçavaya və dəstəyə görə oraya toplaşan insanlara xüsusi təşəkkürümü bildirirəm
İndi vaxtın uzadılması yalnız İvanişvilinin işinə gəlir. Xaricin reaksiyasına ümid bəsləmək kifayət deyil, çünki xarici ölkələr də bizim sübutlarımıza baxır, amma ilk növbədə küçədəki aktivliyə və son nəticədə hər şey Gürcüstanın küçələrində həll olunmalıdır – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Saakaşvilinin qeyd etdiyi kimi, vəziyyətin sakitləşməsinə yönəlmiş bütün digər çağırışlar birbaşa Rusiyanın işini görür.
“Ölkəni başımıza yıxarkən nə vaxtın sakitləşməsidir və əgər kimsə zənn edirsə ki, indi sakitləşdirsə, İvanişvili güclənəndə hamının qapısına bir-bir dayanmayacaq? Seçkiləri tanımamağın ən təsirli yolu sübutlar fonunda davamlı geniş etiraz aksiyalarıdır.
İndi hər saat qiymətlidir! İstənilən vaxt itkisi ölümə bərabərdir!
P.S. Dünənki aksiyada məndən bəhs etdiyi üçün Tika Bokuçavaya və dəstəyə görə oraya toplaşan insanlara xüsusi təşəkkürümü bildirirəm” – Mixeil Saakaşvili yazır.