Mixeil Saakaşvili - Dırnaqarası hakimiyyət "Milli Hərəkat"ın sədri Tina Bokuçavanı vəzifəsindən uzaqlaşdırmağı çox istəyir, partiyanın bütün üzvlərini "Gürcü Arzusu"nun maxinasiyalarına uymamağa çağırıram
Mixeil Saakaşvili - Dırnaqarası hakimiyyət "Milli Hərəkat"ın sədri Tina Bokuçavanı vəzifəsindən uzaqlaşdırmağı çox istəyir, partiyanın bütün üzvlərini "Gürcü Arzusu"nun maxinasiyalarına uymamağa çağırıram

 

Dırnaqarası hakimiyyət “Milli Hərəkat”ın sədri Tina Bokuçavanı vəzifəsindən uzaqlaşdırmağı çox istəyir, bütün üzvləri “Gürcü Arzusu”nun maxinasiyalarına uymamağa çağırıram – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.

Saakaşvilinin yazdığı kimi, sakrebulolardakı ( şəhər şuraları) “Milli Hərəkat”ın üzvlərini “müqavimət göstərməyə və korrupsiyada iştirak etməməyə” çağırır.

“Oliqarxik diktatura hücuma keçib. Dırnaqarası hakimiyyət əllərini partiyama uzadır. O, beynəlxalq arenada onlara böyük ziyan vuran partiya sədri Tina Bokuçavanı vəzifəsindən uzaqlaşdırmağı çox istəyir. Bu hərəkatın yaradıcısı kimi mən partiya rəhbərliyini tam dəstəkləyirəm və bütün üzvləri “Gürcü Arzusu”nun bu maxinasiyalarına uymamağa çağırıram. Həmçinin, keçməsi üçün öz azadlığım ilə bədəl ödədiyim və həbsdə qalmaqla bu günə qədər ödəməyə davam etdiyim sakrebulolardakı üzvlərimizə çağırış edirəm, müqavimət göstərsinlər və korrupsiyada iştirak etməsinlər, o cümlədən – tikinti sahəsinin lobbiləşdirilməsi ilə əlaqəli korrupsiyada” – Mixeil Saakaşvili yazır.