Mixeil Saakaşvili - Bugünkü aksiyada insanların sayı mühümdür, lakin həlledici deyil, aksiyanın davamlılığı və müqavimətin dərəcəsi daha mühümdür
Bugünkü aksiyada insanların sayı mühümdür, lakin həlledici deyil, aksiyanın davamlılığı və müqavimətin dərəcəsi və təşkilatçıların prinsipiallığı daha mühümdür – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Saakaşvilinin qeyd etdiyi kimi, “26 oktyabr seçkilərində ölkə daxilində və xaricdə iştirak edən ictimaiyyət sınaqdan tam keçdi, özünütəşkilat möcüzələrini göstərdi”.
“İndi insanlar çox qəzəblidirlər, bu qəzəbin güclü etiraz hərəkatına çevrilib-çevrilməyəcəyi siyasi spektrin və vətəndaş sektorunun liderliyindən və ardıcıllığından asılıdır. Dünyada Gürcüstanı izləyən hər kəs bir tərəfdən seçkilərin oğurlanması utanmazlığı qarşısında heyrətlənib, digər tərəfdən gürcü xalqının müqavimət qabiliyyətinin ortaya çıxıb-çıxmayacağını gözləyir. Bizə dəstək məhz bundan asılıdır. Bütövlükdə, bu gələcəyimizin tamamilə öz əlimizdə olduğu haldır. Hamımız başa düşməliyik ki, nəinki seçkiləri oğurladılar, həm də Gürcüstanda indi səbirsizliklə gürcülərin “yeni reallığa” uyğunlaşmasını gözləyən, sonra isə nəhayət ki, qalan azadlıqlara son qoymaq, kütləvi repressiyalar həyata keçirmək planı olan diktatura qurulub. Həmçinin, Gürcüstanda böyük etnik təmizləmə hazırlanır. Milyona qədər insanı ölkəni tərk etməyə məcbur etmək. Çox vaxtımız yoxdur. Əlbətdə, bizə səbir də lazımdır, amma səbirdən çox, artıq de-fakto qurulmuş diktaturaya qarşı aqressiv müqavimət lazımdır. Biz bacardığımız qədər, sonra lazım olan qədər mübarizə aparmalıyıq!” – Mixeil Saakaşvili yazır.