Mixeil Saakaşvili - Bəyan edirəm ki, “Qızılgül İnqilabı”nın kopyalanması alınmayacaq
Mixeil Saakaşvili - Bəyan edirəm ki, “Qızılgül İnqilabı”nın kopyalanması alınmayacaq

 

“Gen Z”nin aksiyalarına qatılmayan bir çox insan xalq yığıncağına gəldi və bu insanlar cəsarətlərinə görə böyük təşəkkürə layiqdirlər, lakin ən mübariz olan “Gen Z” daha az təmsil olunurdu, yəni kifayət qədər çalışmamışıq – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.

Saakaşvilinin yazdığı kimi, indi bütün bunlar təcili doldurulasıdır.

“İvanişvili və onun peykləri oktyabrın 4-nə ona görə qəzəbləniblər ki, məhz xalq yığıncağı “seçkilər”in boykotuna nail olunmasını bacardı. Əlbətdə, generalların əvvəlki müharibənin ssenarisi ilə vuruşması düzgün olmadığı kimi, “Qızılgül İnqilabı”nın nümunəsinin kopyalanması səhv hesablama idi. Üstəlik, “Qızılgül İnqilabı” bir neçə il diqqətlə hazırlanırdı. “Qızılgül İnqilabı”nın təşkilatçısı kimi bəyan edirəm ki, dəqiq kopyalama alınmayacaq. Spontan şəkildə çox şey baş verəcək, lakin bu spontanlıq da hazırlıq tələb edir. “Gen Z”nin aksiyalarına qatılmayan bir çox insan xalq yığıncağına gəldi və bu insanlar cəsarətlərinə görə böyük təşəkkürə layiqdirlər, lakin ən mübariz olan “Gen Z” daha az təmsil olunurdu. Yəni sosial şəbəkələrdə kifayət qədər çalışmamışıq, məqsədi sona qədər düzgün şəkildə müəyyənləşdirə bilməmişik. İndi bütün bunlar təcili doldurulasıdır, çünki çox vaxtımız yoxdur. Qələbə gürcü xalqının olacaq!” – Mixeil Saakaşvili yazır.