Mixeil Saakaşvili – Belə çıxır ki, mənim də 85 milyon dollarım var idi, bu məbləğə görə İvanişvilini mütləq məhkəməyə verəcəyəm, onu “Credit Suisse”dən alıb Sandra Fonduna yazdıracağam

19:46, 21.06.2022

“Mənim də 85 milyon dollarım var imiş. Bu məbləğə görə İvanişvilini mütləq məhkəməyə verəcəyəm,  Credit Suisse-dən alıb Sandranın Fonduna köçürəcəyəm”, – eks-prezident Mixeil Saakaşvili bildirib.

“İvanişvilinin insanları vicdansız axmaqlar və yalançılardır.

Mən Təhlükəsizlik Şurasında “Ukraynanın deoliqarxizasiyası haqqında” qanunun iki müəllifindən və həmməruzəçisindən biri olmuşam. Üstəlik, mən qanunun daha sərt variantının tərəfdarı idim. Ukraynadakı şüurlu karyeram boyu mən oliqarxlarla mübarizə aparmışam, de-oliqarxizasiya hərəkatının lideri olmuşam.

“Belə çıxır ki, mənim də 85 milyon dollarım var idi – mən mütləq Bidzina İvanişvilini bu məbləğə görə məhkəməyə verəcəyəm və bu məbləği Credit Suisse-dən alıb Sandranın Xeyriyyə Fonduna köçürəcəyəm”, – Mixeil Saakaşvili Facebook-da yazıb.

Oxşar