Mixeil Saakaşvili – Abxaziya üzərində nəzarətin bərpa olunması yolunun yalnız maksimum 50 000 abxazın barışdırılmasından keçdiyini düşünənlərin başında fikirlər əvəzinə meyvə pestili var
Abxaziya üzərində nəzarətin bərpa olunması yolunun yalnız maksimum 50 000 abxazın barışdırılmasından keçdiyini düşünənlərin başında fikirlər əvəzinə meyvə pestili var. Abxazlar bizə nifrət edirlər və buna heç nə kömək etməyəcək – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Saakaşvilinin qeyd etdiyi kimi, “Abxaziya böyük geosiyasi məsələdir və onun həlli Rusiya imperiyasının zəifləməsindən və ehtimal olunan dağılmasından keçir”.
“Bu məsələ Ukraynanın uğurlarından, Qərbin qüdrətindən və əlbəttə ki, Gürcüstanın özünün formada olmasından asılıdır.
Odur ki, falçılıq etməyi dayandırın və geniş mənzərəni görün. Buradaca həlak olmuş abxaz bloger Daur Buavanın ailəsinə başsağlığımı ifadə etmək istəyirəm” – Mixeil Saakaşvili yazır.