“Ümid etməliyik ki, hər şey yaxşı olacaq və patriarx sağalacaq,” – bunu Gürcüstan prezidenti Mixeil Qavelaşvili Kavkaz Tibb Mərkəzi-də jurnalistlərə açıqlamasında bildirib. O, patriarxın səhhəti ilə tanış olmaq üçün mərkəzdə olub.
Qavelaşvilinin sözlərinə görə, hazırda II İliya-nın vəziyyəti ağır olaraq qalır.
“Bildiyiniz kimi, bizim ülviyyəti və müqəddəsliyi ilə seçilən patriarxımız reanimasiya şöbəsindədir. Vəziyyət ağırdır, lakin müalicə davam edir. Hamımız ümid etməliyik, dua etməliyik ki, hər şey yaxşı bitsin, patriarx sağalsın və aramıza qayıtsın,” – deyə prezident vurğulayıb.
Bütün Gürcüstanın katolikos-patriarxı II İliya səhhətinin pisləşməsi səbəbindən gecə saatlarında Kavkaz Tibb Mərkəzinə yerləşdirilib. Həkimlərin məlumatına görə, patriarxda mədədən kütləvi qanaxma baş verib, buna görə müvafiq tibbi prosedurlar aparılıb və qanaxma dayandırılıb.
Mərkəzin açıqlamasına əsasən, II İliya hazırda reanimasiya şöbəsində, süni tənəffüs aparatına qoşulu vəziyyətdədir.