Mixeil Qavelashvilinin Azərbaycan Respublikasına ilk rəsmi səfəri başladı
Mixeil Qavelashvilinin Azərbaycan Respublikasına ilk rəsmi səfəri başladı

Gürcüstan Prezidenti Mixeil Qavelashvilinin Azərbaycan Respublikasına ilk rəsmi səfəri başlayıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Gürcüstan Prezidentinin qarşılanma mərasimi keçirilib. Mixeil Qavelashvilini hava limanında Azərbaycan Respublikasının birinci vitse-premyeri Yaqub Eyyubov qarşılayıb.

Səfər çərçivəsində Gürcüstan Prezidentini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edəcək. Həmçinin, Azərbaycan Respublikasının Baş naziri və Milli Məclisin sədri ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşlər planlaşdırılıb.

Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.