Mixeil Qavelashvili rəsmi səfərlə Türkiyəyə gedəcək
Mixeil Qavelashvili rəsmi səfərlə Türkiyəyə gedəcək

Gürcüstan Prezidenti Mixeil Qavelashvili həyat yoldaşı ilə birlikdə rəsmi səfərlə Türkiyə Respublikasının paytaxtı Ankaraya gedəcək. Bu barədə məlumatı Prezident Administrasiyası yayıb.

Qurumun məlumatına görə, rəsmi səfər çərçivəsində Mixeil Qavelashvili və nümayəndə heyətini Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sarayda qəbul edəcək, rəsmi qarşılanma mərasimi keçiriləcək. Ali səviyyəli görüşlər planlaşdırılır və bundan sonra media üçün birgə bəyanat veriləcək.

“Səfər çərçivəsində həmçinin Mixeil Qavelashvilinin Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşü də nəzərdə tutulub.

Gürcüstan nümayəndə heyətinin tərkibinə Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Gürcüstanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandia, Prezident Administrasiyasının nümayəndələri, Türkiyə Respublikası Parlamenti ilə dostluq qrupunun rəhbəri və üzvləri – Giorgi Chxonia, Mariam Laşxi, Quram Maçarashvili daxildir”, – məlumatda qeyd olunur.