Mixeil Qavelashvili – Gürcüstan üçün Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Avroatlantik inteqrasiya prosesinə verdiyi möhkəm dəstək dəyərlidir
Gürcüstan üçün Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Avroatlantik inteqrasiya prosesinə verdiyi möhkəm dəstək mühüm və dəyərlidir. Bunu Gürcüstan Prezidenti Mixeil Qavelashvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən brifinq zamanı bildirib.
Gürcüstan Prezidenti türk həmkarına müxtəlif formatlarda Gürcüstana verdiyi dəstəyə görə təşəkkürünü çatdırıb.
“Şəxsi töhfəniz və müxtəlif formatlarda Gürcüstana göstərdiyiniz dəstəyə görə Sizə şəxsən təşəkkür etmək istəyirəm. Bununla yanaşı, Gürcüstan hökumətinin Rusiya–Gürcüstan münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş siyasətə sadiqliyini təsdiqləyirik. Bu siyasət Rusiyanın Gürcüstanın iki regionunu işğaldan azad etməsi və işğal xətti ilə bölünmüş əhali arasında barışıq və iştirakın təmin edilməsi məqsədlərinə əsaslanır”, – deyə Gürcüstan Prezidenti Mixeil Qavelashvili bildirib.