Mixeil Qavelashvili Fransada və Misirdə Gürcüstanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb
Mixeil Qavelashvili Fransada və Misirdə Gürcüstanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb

Gürcüstan Prezidenti Mixeil Qavelashvili, Fransada Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri, həmçinin YUNESKO-da Gürcüstanın daimi nümayəndəsi İrakli Qurashvili və Misirdə Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Nikoloz Aphxazava ilə görüşüb. Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.

Həmin məlumata görə, Mixeil Qavelashvili diplomatları vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Prezident Administrasiyasının açıqlamasında bildirildiyinə görə, görüş Prezident Sarayında baş tutub.