Mixeil Kavelaşvili Vatikan şəhərində dünya liderləri ilə birlikdə Roma Papası XIV Leonun andiçmə mərasimində iştirak etdi

16:24, 18.05.2025

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Vatikanın Müqəddəs Pyotr meydanında dünya liderləri ilə birlikdə Roma Papası XIV Leo-nun inauqurasiya mərasimində iştirak etdi.

“Ona yenidən səmimi-qəlbdən təbriklərimi çatdırıram – Müqəddəs Leo XIV-i Roma Papası seçilməsi münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, o, bu son dərəcə şərəfli və eyni zamanda məsuliyyətli missiyanı layiqincə yerinə yetirəcək.

Gürcüstan Müqəddəs Taxt-Tacla olan tarixi əlaqələrinə həqiqətən fəxr edir və onları yüksək qiymətləndirir. Biz sülhə, qarşılıqlı hörmətə və ortaq dəyərlərə əsaslanan münasibətləri davam etdirməyə tam hazırıq!” – deyə Gürcüstan Prezidenti qeyd etdi.

Oxşar