Mixeil Kavelaşvili Qətər Dövlətinin əmiri, Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.
Administrasiyanın məlumatına görə, Dohada keçirilən görüş zamanı Gürcüstan Prezidenti Qətər Dövlətinin əmiri ilə görüşdə keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə bağlı şəxsən başsağlığı verib və onun müasir Qətərin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.
“Görüşdə Gürcüstan və Qətər arasında mövcud tərəfdaşlıq münasibətləri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Prezident Qətər Dövlətinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.
Görüş zamanı regionda sülhün, sabitliyin və diplomatik dialoqun əhəmiyyəti də vurğulanıb. Həmçinin Qətərin beynəlxalq vasitəçilik istiqamətində oynadığı müsbət rola diqqət çəkilib”, – deyə Prezident Administrasiyasının yaydığı məlumatda qeyd olunur.