Mixeil Kavelaşvili Norveç kralı V Haraldın dövlət dəfn mərasimində iştirak edib

17:33, 09.09.2026

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili həyat yoldaşı Tamar Baqraton ilə birlikdə Norveç kralı V Haraldın dövlət dəfn mərasimində iştirak edib.
Məlumatı Prezident Administrasiyası yayıb.

“Məlumatda qeyd olunur ki, Gürcüstan Prezidenti dünyanın müxtəlif ölkələrinin liderləri və kral ailələrinin nümayəndələri ilə birlikdə Kral V Haraldın xatirəsini yad edib və Gürcüstan adından Norveç kral ailəsinə və Norveç xalqına dəstəyini bir daha ifadə edib”, – deyə məlumatda bildirilir.

Oxşar