Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirib.
Gürcüstan Prezidentinin Administrasiyasının məlumatına görə, görüşdə iki ölkə arasındakı yüksək səviyyəli strateji tərəfdaşlıq və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq müzakirə olunub.
“Mixeil Kavelaşvili görüşdə vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasındakı möhkəm strateji tərəfdaşlığın yüksək səviyyədə saxlanması və onun çoxşaxəli inkişafı Gürcüstan üçün prioritetdir. Təkbətək söhbət zamanı qeyd olunub ki, beynəlxalq qaydaların fundamental dəyişdiyi mövcud geosiyasi proseslər fonunda regionda sabitliyin və sülhün qorunması getdikcə daha böyük əhəmiyyət kəsb edir. Gürcüstan Prezidenti Azərbaycan Prezidentinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi üçün təşəkkürünü bildirib. Həmçinin, Mixeil Kavelaşvili İlham Əliyevə Azərbaycanın paytaxtı Bakıdakı Gürcüstan səfirliyində Ümumdünya Gürcüstan Patriarxı İkinci İliya-nın vəfatı ilə bağlı səmimi başsağlığı göstərdiyi üçün təşəkkürünü çatdırıb. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Şərəfli Qonaqlar Kitabında qeydlər edib”, – məlumatda qeyd olunub.
Mixeil Kavelaşvili və İlham Əliyevin görüşü Gürcüstan Prezidentinin sarayında keçirilib.