Mixeil Kavelaşvili Dohadadır. O, Qətər Dövlətinin əmiri ilə görüşəcək və keçmiş əmirin vəfatı ilə əlaqədar başsağlığı verəcək.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Dohadadır.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Mixeil Kavelaşvili Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tanı ilə görüşəcək.
Mətbuat xidmətinin bildirdiyinə əsasən, görüş zamanı Mixeil Kavelaşvili Qətərin keçmiş əmiri vəfat etdiyi üçün Şeyx Təmim bin Həməd Al Tanıyə başsağlığı verəcək.