Mixeil Kavelaşvili Çinin Gürcüstandakı keçmiş səfiri Çjou Tsyenə Gürcüstan-Çin arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsinə verdiyi şəxsi töhfəyə görə “Qızıl Yun” ordeni təqdim edib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Çinin Gürcüstandakı keçmiş səfiri Çjou Tsyenə Gürcüstan və Çin arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsinə verdiyi şəxsi töhfəyə və səmərəli fəaliyyətinə görə “Qızıl Yun” ordeni təqdim edib.
Çjou Tsyenin Gürcüstanda olmaması səbəbindən dövlət təltifini Prezident Sarayında Çinin Gürcüstandakı səfirinin səlahiyyətlərini icra edən Tay Çunyun qəbul edib.
Gürcüstan Prezidenti Çjou Tsyenin diplomatik missiyası dövründə Gürcüstan-Çin münasibətlərində baş verən mühüm inkişafı vurğulayıb.
Mixeil Kavelaşvili Çin Xalq Respublikası ilə münasibətlərin dərinləşdirilməsinin vacibliyini qeyd edib və son illərdə yaradılmış möhkəm təməlin gələcəkdə də iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.