Mixeil Kavelaşvili - Bütün uşaqları Uşaqların Müdafiəsi üzrə Beynəlxalq Gün münasibətilə təbrik edirəm. Bizim borcumuz övladlarımız üçün elə bir mühit yaratmaqdır ki, orada arzularını reallaşdıra bilsinlər
Bütün uşaqları Uşaqların Müdafiəsi üzrə Beynəlxalq Gün münasibətilə təbrik edirəm. Yeni nəsil ölkəmizin gələcəyidir, məhz buna görə də onlar üçün sakit, təhlükəsiz və sərbəst mühitin yaradılması bizim əsas vəzifəmizdir, – bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili sosial şəbəkədə yazır.
“Biz gürcü ailələrini gücləndirmək üçün heç bir səyi əsirgəməməliyik, çünki məhz onlar gürcü ənənələri və dəyərləri ilə Gürcüstanın gələcək nəsillərini yetişdirməlidirlər. Bu nəsillər ölkənin unikal irsini fəxrlə təhvil alacaq və vahid Gürcüstan ideyasını həyata keçirəcəklər.
Bizim borcumuz övladlarımız üçün elə bir mühit yaratmaqdır ki, orada öz potensiallarını reallaşdıra, məqsədlərinə çata və arzularını həyata keçirə bilsinlər,” – deyə Kavelaşvili yazır.