Mixeil Kavelaşvili bildirir ki, sabah Roma Papası XIV Leo ilə görüşəcək
Mixeil Kavelaşvili bildirir ki, sabah Roma Papası XIV Leo ilə görüşəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib ki, sabah Roma Papası XIV Leo ilə görüş keçirəcək.

Bu barədə o, Roma Papası XIV Leo-nun andiçmə mərasimindən sonra açıqlama verib.

“Bu gün Vatikanın Müqəddəs Pyotr bazilikasında Roma Papası XIV Leo-nun inauqurasiya mərasimində iştirak etmək imkanı əldə etdim. Daha sonra şəxsi olaraq da onu təbrik etməyə imkanım oldu. Əlavə olaraq, sabah onunla görüşüm nəzərdə tutulub və bu da çox önəmlidir. Gürcüstanla Vatikan arasındakı münasibətlər bizim üçün böyük əhəmiyyət daşıyır. Əvvəlki Papa ilə də çox məhsuldar əlaqələrimiz olmuşdu və ümid edirəm, yeni Papa ilə birgə bu münasibətləri daha da dərinləşdirmək imkanımız olacaq,” – deyə Mixeil Kavelaşvili qeyd edib.