Mixeil Kavelaşvili Azərbaycanın yeni təyin olunmuş Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Giorgi Zaqaraşvili ilə görüşüb
Mixeil Kavelaşvili Azərbaycanın yeni təyin olunmuş Gürcüstan səfiri Giorgi Zaqaraşvili ilə görüşüb
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycanın Respublikasındakı yeni təyin olunmuş Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Giorgi Zaqaraşvili ilə görüşüb. Bu barədə prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, Prezident Sarayında keçirilən görüşdə Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əhəmiyyəti və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Görüş zamanı Gürcüstan və Azərbaycan arasında uzun illərdir davam edən dostluq münasibətlərinə, eləcə də iki ölkənin regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təşviqindəki roluna xüsusi diqqət yetirilib.
Gürcüstan Prezidenti Giorgi Zaqaraşvilini diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bu barədə Gürcüstan Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.